Endrü Stenton

Endrü Stenton

Rejissor, ssenarist, prodüser, multiplikator

BİOQRAFİYA

Endrü Stenton 3 dekabr 1965-ci ildə Bostonda (ABŞ) anadan olub. Məktəbi qurtardıqdan sonra Kaliforniya İncəsənət İnstitutuna daxil olur və burada animasiya üzrə təhsil alır. Təhsilini bitirdikdən sonra bakalavr dərəcəsi alır. Hələ universitet illərində (1987) o, iki qısametrajlı animasiya çəkir: ”Arktikada bir yerdə“, "Tarix”. Peşəkar karyerası "Kroyer Films" studiyasında başlayır. Bu studiyada işlədiyi dövrlərdə 1987-ci ildə Ralp Bakşi tərəfindən hazırlanan "Mayti Mous - yeni sərgüzəştlər" filminin ilk skriptlərindən birini yazır. 1990-cı ildə Endrü başqa bir işə, ”Pixar” şirkətinə işə gəlir və burada rejissor və animator kimi çalışır. Əvvəlcə o, bir neçə reklam çarxının çəkilişində iştirak edir və bir müddət sonra “Oyuncaqların tarixçəsi” bədii filminin ssenaristlərindən birinə çevrilir. Daha sonra bir neçə cizgi filminə də ssenari yazır, ssenarist və rejissor kimi 1998-ci ildə “Böcəyin həyatı”, 2001-ci ildə “Bədheybətlər korporasiyası” cizgi filmlərinin yaranmasında iştirak edir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Stanton

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç