Abel Ferrara

Abel Ferrara

Rejissor, ssenarist

BİOQRAFİYA

Abel Ferrara – amerikalı rejissor, ssenarist və klipmeykerdir. 19 iyul 1951-ci ildə ABŞ-ın Nyu-York ştatının Bronks şəhərində anadan olub. Ferraranın yaradıcılığının ən pik dövrü 1990-cı illərə düşür. Məhz o illərdə Kristofer Uokenin baş rolda çəkildiyi “Nyu-York Kralı” kriminal filmi ekranlara çıxdı. Narkotik və mafioz mühit haqqında film Ferrarinin ən uğurlu işlərindən hesab olunur. Tənqidçilərin fikrincə bu film “Çapıqlı üz” və “Karlitonun yolu” kimi klassik filmlərlə eyni səviyyədə yer ala bilər. Ferraranın “Pis leytenant” (ing. Bad Lieutenant, 1992), filmi şedevr hesab olunur. Film seksizm mövzusundadır. Bu filmdən sonra Ferraranın yaradıcılığında eniş baş verdi. Fransız müğənni Milen Farmerin “Kaliforniya” mahnısının klipinin rejissoru məhz Ferrara olub. Klip  rejissorun təbiətinə uyğun kriminal triller jamrında deyil, mistik dram janrındadır. Ferrara filmlərində dini mövzulara daha çox toxunur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D1%80%D0%B0%D1%80%D0%B0,_%D0%90%D0%B1%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç