Conatan Riz Mayers

Conatan Riz Mayers

Aktyor

BİOQRAFİYA
Conatan Riz Mayers 27 iyul 1977-ci ildə Dublində (İrlandiya) doğulub. On altı yaşında məktəbdən qovulan Conatan, küçələrdə avaraçılıq edərkən, aktyor seçimlərində kəşf edilir. İlk rolu "Düymələrin müharibəsi" adlı televiziya filmində olub. CBS-in çəkdiyi "Elvis Presli" serialında Elvis rolu ilə 2006-cı ildə "Ən yaxşı kişi aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatı qazanır. Bundan əlavə, "Tudorlar" serialında Henri obrazına yeni bir nəfəs verir. Conatan Ris Mayersin karyerasında sürətli yüksəliş dövrü, 2005-ci ildə rejissor Vudi Alenin “Maç poynt” ekran dramında oynadığı roldan sonra başlayıb. Adı çəkilən filmə əksər tənqidçilər və kinomanlar Dostoyevski və Drayzerin müasir traktovkası kimi yanaşır. Film 2005-ci ildə Kann kinofestivalında iştirak edib və tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. Film beynəlxalq kassalarda 100 milyon dollar gəlir götürüb. Filmdə Skarlet Yohansson və Conatan Risin performansı yüksək qiymətləndirilib. Daha sonra yüksək büdcəli “Mümkünsüz tapşırıq” franşizasının 3-cü hissəsində rol alıb. 2007-ci ildə rejissor Kirsten Şeridanın “Avqust Raş” adlı müstəqil filminin çəkilişlərində iştirak edib. Ekran əsərində Mayers Luis Konnoli adlı musiqiçini oynayır. Həmin il həmçinin karyerasının ən uğurlu layihələrindən sayılan “Parisdən sevgilərlə” adlı döyüş filmində çəkilib. Tərəf-müqabili Con Travolta olub. 2008-ci ildə Kralı VIII Henrinin həyatından bəhs edən “Tüdorlar” serialında baş rola çəkilib. 2012-ci ildə onun iştirakı ilə “Vurğunlar” dramının premyerası baş tutub. Həmin il eyni zamanda Kassandra Klerin məşhur “Sümüklər şəhəri” romanının ekranizasiyasında iştirak edib. Həmçinin çəkilişləri 2013-cü ildə Budapeştdə aparılan “Drakula” serialına çəkilib. Şəxsi həyatına gəlincə 2004-2012-ci illərdə tanınmış vizajist Rubi Hammerin qızı Rina Hammerlə vətəndaş nikahında olub. 2016-cı ildə Mara Leynlə ailə qurub. Həmin ilin dekabrında cütlüyün Vulf Ris Mayers adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jonathan_Rhys_Meyers

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç