Set MakFarleyn
Aktyor, animator, ssenarist, prodüser, rejissor
Set Makfarleyn 26 oktyabr 1973-cü ildə Kent şəhərində (Konnektikut ştatı, ABŞ) anadan olub. Kent şəhər orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Set “Roy Aylend Dizayner məktəbi”ndə animasiya üzrə təhsil alır və buranı bitirdikdən son bütün diqqətini “Qriffinlər”in yaradılmasına ayırır. Hələ kollecdə oxuduğu müddətdə “Larrinin həyatı” adlı kiçik cizgi filmi çəkib. İki il keçdikdən sonra o, cizgi filminin davamını “Larri və Stiv” adı ilə çəkir. Təhsilini bitirdikdən sonra "Hanna Barbera" studiyası onu işə götürür və tezliklə, o, "Cartoon Network" kanalının "Cartoon Cartoons" serialında animator və ssenarist kimi işləməyə başlayır. Set “Conni Bravo”, “Desterin laboratoriyası” və “İnək və xoruz” kimi cizgi filmləri çəkir. Makfarleyn həmçinin “Eys Ventura: Ev heyvanlarının axtarışı” animasiya serialının ssenarisini yazıb. Set Makfarleyn “Qriffinlər” cizgi serialında çoxsaylı personajları səsləndirir. Böyüklər üçün nəzərdə tutulmuş və başlıca olaraq qara yumordan ibarət olan animasiya serialında Sey həm baş qəhrəman Piteri (ailənin başçısı), yüksək natiqlik bacarığına malik və təkəbbürlü iti Brayanı, danışa bilən vunderkind körpə oğlu Stüini, qonşusu – seksual manyak Kuaqmayeri, bundan başqa Piterin qayınanası, Tom Takeri və xəbər telekanalının aparıcısını səsləndirir. Həyatda Makfarleynin səsi Brayan personajının səsi ilə üst-üstə düşür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: