Devid Holms

Devid Holms

Bəstəkar

BİOQRAFİYA

Devid Holms - şimali-irlandiyalı dicey, musiqiçi və bəstəkardır. 10 uşaqlı ailənin sonbeşiyi olub. 14 fevral 1969-cu ildə Britaniyada anadan olub. 15 yaşından müstəqil şəkildə yaşamağa başlayıb. Musiqi karyerasını qurana qədər Belfastda “Zakks” salonunda bərbər işləyib. Daha sonra bir müddət aşpaz kimi özünü sınayıb. Həmçinin bir müddət Belfastın Kral Universiteti yaxınlığında yerləşən “Mogwai” kafesinə sahib olub və onu idarə edib. İlk dəfə səhnəyə Belfastda “Sugar Sweet” dueti şəklində çıxıb. 1989-cu ildən başlayaraq duet müqabili Yen MakKridi ilə ayda bir dəfə yerli incəsənət kollecində böyük şənliklər təşkil edib, ora "Orbital", "Sabres Of Paradise", "Chemical Brothers", "Slam" kimi məşhur qrupları dəvət edib. Onun ilk hiti 1992-ci ildə ingilis dicey Eşli Bidlla birlikdə yazdığı “DeNiro” mahnısı sayılır. 1993-cü ildə “Smokebelch II “ adlı sinqlı çıxıb. 2008-ci ildə “iPhone”un yeni reklam kampaniyasının musiqisini yazıb. 8 sentyabr 2008-ci ildə “The Holy Pictures” adlı yeni albomu çıxıb. 2009-cu ildə "The İrish Times" qəzetinin versiyasına görə, “İrlandiyanın ən yaxşı musiqiçilərinin 50-liyi”nə daxil edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/David_Holmes_(musician)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç