Marina Fua

Marina Fua

Aktrisa

BİOQRAFİYA

Marina Fua 21 yanvar 1970-ci il Bulon Biyankurda (Fransa) anadan olub. Karyerasına teatrda başlayıb. Əvvəlcə tək, sonra isə "The Royal Imperial Green Rabit Company" komedik truppası ilə birgə çalışıb. Daha sonra adını “Robun Qud”a dəyişən truppa 1996-cı ildə Dominik Farrucun diqqətini çəkir və Fransanın komediya sənətində yenilik yaradır. Marina Fua böyük ekranda ilk dəfə 1994-cü ildə “Mavi maska” filmində görünüb. Daha sonra bir neçə komediya filmlərində iştriak edib. ”Cəhənnəm göydələni”, “Asteriks və Obelisks. Kleopatra missiyası” , “Böyük yarış” kimi məşhur filmlərdə çəkilir. 2003-cü ildə Klod Dyutinin “Sığınacağa xoş gəlmisiniz” filmində kənd həyatına alışmaqda əziyyət çəkən qadını oynayır. 2004-cü ildə Alen Şabanın “Eramızdan milyon il əvvəl” tarixi komediyasında çəkilmək üçün yenidən “Robin Qud” truppası ilə birləşir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Marina_Fo%C3%AFs


FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç