Jan Pyer Darrusesen
Jan-Pyer Darrussen fransız aktyor, komik və rejissor.
Jan Pyer Darrussen 1953 cü il dekabrın 4 də Kurbevuada anadan olub.Hələ litseydə təhsil alarkən teatra marağı olmuşdur.1976 cı ildə Milli Konservatoriyanın dram incəsənəti fakultəsinə daxil olur.
1980 ci ildə rejissor Filipp Brakovun “Psixoterapevt” filmindəki iştirakı Jan Pyeri tamaşaçılara tanıtdı.
1980 ci ildə teatr səhnəsində uğurlu çıxışı olur.rejissor Pyer Pradinin “Qırmızı papağın yoldaşlığı” tamaşasında tələbə yoldaşı Katrin Fro ilə çıxış edir.
1997 ci ildə Sedrik Klapişin Anyes Jaui və Jan Pyer Bakrinin eyniadlı pyesi əsasında “Ailə atmosferi” filmindəki iştirakına görə ən yaxşı aktyor nominasiyasında Sezar mükafatına layiq görülmüşdür.
Bir il sonra Qiyom Niklun “Osminoq» filmində ilk böyük rolunu oynayır.Daha sonra “15 avqust”, “Kişi ürəyi” kimi filmlərdə çəkilir ki, bu da aktyorun fransız kinosunda uğurlu karyerasının başlanğıcına çevrilir.