Riçard Raundtri
Aktyor
Riçard Raundtri 1942-ci ildə Nyu-Roşelle şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Aktyorluq karyerasına başlamazdan əvvəl model işləyib. 1971-ci ildə “Blaxploitation” silsiləsindən olan “Şaft” filmində baş rola çəkilib. Filmin kommersiya uğurundan sonra “Şaftın böyük qələbəsi” (1972) və “Şaft Afrikada” (1973) filmlərinə də çəkilib. Həmçinin 1973-1974-cü illərdə yayımlanmış daha az reytinqli serialında rol alıb. Növbəti illərdə çəkildiyi filmlər kassa uğursuzluğuna düçar olub. 1974-cü ildə “Zəlzələ” filmində görüntülənib. 1977-ci ildə “Köklər” epik mini-serialının bir neçə epizodunda kölə rolunu oynayıb. 1980-ci illərdə Raundtrinin karyerası daha çox ikinci dərəcəli televiziya rolları ilə davam edib. 1989-cu ildə NBC-nin “Nəsil” adlı sabun operasına çəkilib. 2002-2004-cü illərdə “Necə dövran edir dünya” sabun operasına çəkilib. Karyerası ərzində 70-dən çox teleserial və telefilmdə iştirak edib. “Los-Anceles Qanunu”, “Mələyin toxunuşu”, “Doktor Kuinq - həkim qadın”, “Ruhun qidası”, “Məyus Evdar Xanımlar”, “Xəfiyyə”, “Ehtirasın anatomiyası”, “Qəhrəmanlar”, “Mentalist” və “Şəxsi praktika” kimi populyar seriallarda qonaq rolları olub. Raundtri daha çox “Şaft” (1971) və onun iki sikvelində oynadığı rollarla məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Roundtree