Riçard Şiff

Riçard Şiff

Aktyor

BİOQRAFİYA

Riçard Şiff 27 may 1955-ci ildə Merilendin Betesda şəhərində (ABŞ) anadan olub. Amerikalı aktyor “Qərb qanadı” teleserialında canlandırdığı Tobi Ziqler obrazına görə 2000-ci ildə “Emmi” mükafatına layiq görülüb. 1973-cü ildə Şiff Nyu-Yorkun “Siti” kollecinə daxil olub. İkinci kursda təhsilini yarımçıq qoyub. 1980-ci illərdə Nyu-York teatrlarında işləməyə başlayıb. Əvvəl rejissor qismində özünü sınayıb. Ardınca isə aktyor olmaq qərarına gəlib. 1988-ci ildə Şiff Los-Anceles şəhərinə köçüb və Hollivud ulduzu Tim Robbinsonun əsasını qoyduğu “Aktyor dəstəsi” adlı teatral truppanın iştirakçısına çevrilib. Həyat yoldaşı Şeyla Kelli ilə “Antiqon” (1983) tamaşasının trupa üzvlərinin seçimlərində tanış olub. Cütlük 1996-cı ildə münasibətlərini rəsmiləşdirib. Aktyorun bir qızı və bir oğlu var. Şiff ABŞ-ın Demokratlar partiyasının üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Schiff

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç