Ronald Li Ermi

Ronald Li Ermi

Aktyor, zabit

BİOQRAFİYA

Ronald Li Ermi 24 mart 1944-cü ildə Kanzas ştatının Emporiya şəhərində anadan olub. Hərbi mövzulu, başlıca olaraq Vyetnam haqqında filmlərdə sərt xasiyyətli zabit rolları ilə tanınır. Beş qardaşı ilə birgə Kanzas-Siti şəhərində fermada böyüyüb. 1958-ci ildə 14 yaşında olanda Vaşinqton ştatının Toppeniş şəhərinə köçüb. Yeniyetməlik dövründə tez-tez qanunla problemləri olub. 17 yaşında iki dəfə xuliqanlığa görə həbs olunub. İkinci dəfə saxlanıldıqdan sonra hakim onun qarşısına şərt qoyub, ya uzun müddətə dəmirbarmaqlıqlar arxasına göndəriləcək, ya da hərbi qüvvələrə qoşulacaq. Ermi ikincini seçir və hərbi dəniz donanmasında xidmət etməyi xahiş edir. Ancaq məhkumluğu olduğuna görə onu hərbi dəniz qüvvələrinə götürmürlər. Habelə şəhərin bələdiyyə binasında bir dəniz piyadaları serjantı növbə çəkir. Onun kabinetinə daxil olan Ermi, zabitin ayağını ayağının üstünə qoyaraq “Mad” jurnalını oxuduğunu görür. Serjant jurnalı bir kənara qoyaraq, ona otaq qapısının yuxarı hissəsində olan bursdan çəkinməyi təklif edib. Erminin on səkkiz dəfə çəkinməsindən sonra serjant kifayətlənərək, gənc çağırışçılar üçün nəzərdə tutulan anketi doldurmasını istəyir. Beləcə Ermi hərbi dəniz qüvvələrinə qoşulmağa nail olur (1961-ci ildə 17 yaşında). 1965-1967-ci illərdə San Dieqoda daha sonra isə Perris-Aylenddə gənc hərbçilərin hazırlıq mərkəzində təlimatçı işləyib. Vyetnam müharibəsində iştirak edib, bir neçə dəfə yaralanıb. Ermi ABŞ tarixində təxris olunduqdan sonra rütbəsi qaldırılmış yeganə zabit sayılır. Rütbə artımı kinodakı nailiyyətləri ilə əlaqədar olub. Daha çox “Tam metal örtük” (1987), “Yeddi” (1995), “Elektrik mişarlı Texas qırğını” (2003), “Missisipi alov içində” (1988), “Sommersbi” (1993) filmlərində oynadığı rollara görə tanınır. 1975-ci ildə ailə qurub, 4 övladı var. Həyatının son illərini “Qlok” tapança şirkətində çalışıb. Mütəmadi olaraq şirkətin reklam çarxlarına çəkilib. Hərbi və silahlarla bağlı mövzularda müxtəlif proqramlara qatılıb. 15 aprel 2018-ci ildə Santa-Monika xəstəxanasında fəsadlaşmış sətəlcəmdən 74 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%80%D0%BC%D0%B8,_%D0%9B%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç