Endrü Kevin Uolker 14 avqust 1964-cü ildə Altunda (ABŞ, Pensilvaniya) anadan olub. Sonra elə həmin ştatın Mekaniksburq şəhərinə köçüb. Ali təhsilini başa vurduqdan sonra Nyu-Yorka köçür və az büdcəli “Brisun Entertainment” kino şirkətində prodüserin assistenti kimi işləyib. Bu müddət ərzində bir neçə layihə üzərində çalışsa da, böyük uğur qazana bilmir - 1991-ci ildə “Yeddi” ssenarisini yazıb qutaranadək. Uolker yazdığı ssenarini satmaq üçün Los-Ancelesə köçmək qərarına gəlir. Burada o, ssenarist Devid Kepplə tanış olur və o, Endrünun ssenarisini "New Line Cinema" şirkətinin prodüserlərə təqdim edir və onlar ssenarini qəbul edirlər. Lakin filmin çəkilişlərinə başlanılması üç ildən çox vaxt alır. Film tarixin ən uğurlu filmlərindən birinə çevrilir və Endrüyə dünya şöhrəti qazandırır. Endrü həmçinin 1999-cu ildə “Səkkiz millimetr” və “Yuxulu dərə” filmlərinin ssenarisini yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Kevin_Walker