Kad Merad

Kad Merad

Aktyor

BİOQRAFİYA

Qədir (Каd) Merad 27 mart 1964-cü ildə əlcəzairli Məhəmməd Merad və fransız Janin Begenin ailəsinin üçüncü övladı olaraq dünyaya gəlib. Uşaqlığı, demək olar ki, Fransada keçib. Qədir Meradın Kərim və Reda adlı iki qardaşı və Yasəmən adlı bacısı var. 1992-ci ildən ailə qurduğu yazıçı Emmanuel Kosso-Meraddan ayrılır. Birgə nikahdan 2004-cü ildə Xəlil adlı oğlu dünyaya gəlib. 2014-cü ildən Culiya Vinyalla görüşməyə başlayır. İlk teatr çıxışı “Gigolo Brothers” truppası ilə birlikdə olub. İncəsənət aləmi Meradı ofsunlayır və tezliklə Jaklin Dyukun rəhbəri olduğu teatrın üzvünə çevrilir. Merad 1991-ci ildə Olivye Baruilə tanış olduğu “Oui FM” Paris radiostansiyasında fəaliyyətə başlayır. Bir-birilə ortaq dil tapıb canlı yayımla “Rok end roll sirki” adlı yumoristik proqramın aparıcılığını edirlər. Sonra isə Jan-Lük Delaryunun köməyilə “Son 30 dəqiqə” televiziya serialını çəkir.

1999 -2001-ci illər ərzində Kad Merad kabel televiziyasında komediya proqramının aparıcısı olmaqla bərabər bir neçə filmdə epizodik rollarda çəkilib. 2003-cü ildə Merad və Olivye Barunun ssenarisini yazdığı, rejissor Erik Lartiqonun “Pamela Rozu kim vurdu?” filminin premyerasından sonra səs-küylü flm aktyorun həyatını tamamilə dəyişir. 2004-cü ildə tamaşaçılar Kad Meradı “Xor ifaçıları” filmində baş rollardan birində görürlər. Bu film bir çox mükafatlara layiq görülür, aktyorun bioqrafiyasına müsbət təsiri olur. 2007-ci il Kad Meradın karyerası üçün ən uğurlu illərdən biri olur. ”Narahat olma, hər şey qaydasındadır” filmindəki roluna görə ikinci plan atyoru kimi "Sezar mükafatı"na layiq görülür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Kad_Merad




FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç