Jan Reno

Jan Reno

Aktyor

BİOQRAFİYA

Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada (Mərakeş krallığı) anadan olub. Əsl adı Xuan Morenodur. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır və Fransaya yerləşir. Moreno ailəsi general Franko rejimindən qurtulmaq üçün Əndəlüsdən (İspaniya) Mərakeşə qaçmışdı. Jan Reno debütünü 1974-cü ildə televiziyada edib, sonradan teatrda işləyib. 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilib. Jan Renonun kino karyerası o qədər də uğurlu deyildi. Və bu uğursuzluq 26 yaşlı rejissor Lük Bessonla görüşə qədər çəkir. Bu tanışlıq nəticəsində Besson 1983-cü ildən başlayaraq bir çox filmlərində Jan Renonu çəkir. "Tunel" filmi təkcə gənc Bessona şöhrət gətirmir, həm də Jan Renonun ciddi aktyorluq fəaliyyətinin başlanğıcı olur. Lük Bessonun "Mavi dərinlik", "Nikita" və xüsusilə "Leon" filmlərindən sonra Jan Reno bir aktyor kimi həm də Hollivudun diqqətini cəlb edir. Aktyorun Hollivuddakı ən məşhur rolları "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" filmlərində olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Jan_Reno

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç