Coş Düamel 14 noyabr 1972-ci ildə Şimali Dakotada (ABŞ) anadan olub. Anası Bonni L.Kemper massajist, atası Larri Düamel reklam agenti olub. Düamel fransız, kanada, irland, ingilis və alman köklərə malikdir. Katolik ailədə böyüyüb. Düamelin valideynləri boşandıqdan sonra o anası və üç kiçik bacısı ilə yaşayıb. Düamel Maynot ştatında universitetdə təhsil alıb. Universitetin futbol komandasında oynayıb. Stomotoloq olmaq istəyən Düamel, daha sonra bu arzusundan vaz keçib. Aktyor "Mənim bütün uşaqlarım" və "Las Veqas" serialından sonra tanınmağa başlayıb. Həmçinin "Bir zamanlar Romada" (2010), "Həyat olduğu kimi" (2010) və "Sevgi limanı" (2013) filmlərində baş rollardan birini oynayıb. “Planeta okean” (2012), “Köhnə yeni il” (2011), “Trasformerlər 3: Ayın qaranlıq tərəfi” (2011), “Trasformerlər: qisas” (2009), “Trasformerlər” (2007), “Ramona və Bizus” (2010), “Yalandan daha pis” (2015), “Günəşdə itkin düşən” (2014) və sair filmlərdə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Duhamel