Meqan Foks

Meqan Foks

Aktrisa

BİOQRAFİYA

Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. 1999-cu ildə ABŞ-ın Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası qurmaq ümidi ilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub. Sonra "Sənin nəyini sevirəm" serialındakı epizodik rolda oynayıb. 2004-cü ildə Meqan Foks Hollivudda ikinci dərəcəli rollara çəkilib. O, əvvəlcə Lindsi Lohanla birlikdə "Etiraf" filmində, sonra isə yeniyetmələr üçün nəzərdə tutulan "TV kraliçası" dramı və "Modanın cinayətləri" filmində rol alıb. 2005-ci ildə aktrisa "FHM" dərgisinin üz qabığına çıxıb, növbəti ildə isə jurnalın versiyası ilə 2006-cı ilin 100 ən seksual qadını arasında 68-ci yeri tutub. 2007-ci ildə çəkilişlər yenidən başladı. "Transformerlər" filmidə canlandırdığı Mikaela obrazı ona əsl şöhrət gətirib. Həmin ilin iyul ayında "Maxim" dərgisinə verdiyi müsahibədə bəzi narkotik maddə növlərini qəbul etdiyini etiraf edən aktrisa, onlardan xoşlanmadığını bildirib. O, bütün Hollivudun narkotiklərə qurşandığını, özünün isə marixuananın leqallaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb. 2007-ci ildə "FHM" dərgisinin versiyası ilə Ancelina Coli, Steysi Fergüson (Ferci) və Skarlett Yohansson kimi rəqibləri qabaqlayan Meqan Foks, dünyanın ən seksual qadını elan edilib. 2008-ci ildə isə "Maxim" jurnalı onu bu şərəfə layiq görüb. 2010-cu ildə "Love The Way Lie" klipində çəkilib. Meqan Foks tatuajı çox sevir. Bakirəliyi ilə 15 yaşında vidalaşan Meqan ilk sevgilisi Brayanın adını qarnının aşağı hissəsinin sağ tərəfinə döydürüb. Ən məşhur proyektləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009) filmləridir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Meqan_Foks

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç