Aleks Kurtsman
Ssenarist, prodüser, rejissor
Aleksandr Hilari Kurtsman 7 sentyabr 1973-cü ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) yəhudi ailəsində doğulub. Elə burada da məktəb dostu və gələcəkdə ssenarilər üzrə həmmüəllif olduğu Roberto Orsi ilə tanış olub. Prodüser Samanta Konterlə evlidir. 2011-ci ildə "Forbes" jurnalı Orsi və Kurtsmanı “prokatda üç milyard dollar yığmaq üçün gizli qüvvə” kimi təsvir edərək, onları “Hollivudun gizli silahları” adlandırıb. Onlar həmçinin birgə elmi-fantastik serial da yaradıblar. Daha çox “Yuxulu Dərə” teleserialı, “Mumya” (2017), “Ulduz yolu” (2009), “Transformerlər: Məğlubların qisası” (2009) kimi filmlərin prodüseri kimi şöhrət qazanıb. Karyerası ərzində ümumilikdə 40 televiziya/bədii film və seriala prodüserlik edib. Son prodüser işi – “Gözəgörünməz adam” filmi sayılır. Filmin premyera tarixi hələ açıqlanmır. Rejissor olaraq xidməti siyahısında 5 lent yer alır. Son çəkdiyi iş – “Ulduz yolu: Diskaver”- serialının 1 epizodu olub və 2019-cu ildə ekranlara çıxacağı gözlənilir. Yaradıcılıq arsenalında bundan başqa ssenarist olaraq 25 film yer alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Alex_Kurtzman