Klaus Badelt

Klaus Badelt

Bəstəkar

BİOQRAFİYA

Klaus Badelt 12 iyun 1967-ci ildə Frankfurtda (Qərbi Almaniya) anadan olub. Badelt musiqi karyerasına doğma vətənində bir çox uğurlu filmlərə musiqi yazmaqla başlayıb. 1998-ci ildə "Oskar" laureatı Hans Tsimmer Klausu Santa Monikadakı "Media Ventures" studiyasına dəvət edir. Tsimmerlə əməkdaşlıq zamanı Klaus "Oskar" mükafatına layiq görülən “Qladiatоr”, “Nazik qırmızı xətt”, “Misir şahzadəsi” filmlərinə musiqilərin yazılmasında iştirak edib. 2000-ci ildə ”Qladiator”, “Çətin tapşırıq 2” kimi uğurlu filmlərə musiqi yazmaq Klausə nəsib olub. Klaus Tsimmerlə həmçinin “Karib dənizinin quldurları”, “Vəd, “Hannibal” və “Perl Harbor” kimi filmlərə musiqi bəstələnməsinə dair əməkdaşlıq edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Klaus_Badelt


FİLMOQRAFİYA
Prodüser
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç