Rob Şnayder
Aktyor, ssenarist
Robert Şnayder 31 oktyabr 1963-cü ildə San-Fransiskoda (Kaliforniya ştatı, ABŞ) anadan olub. “Deuce Bigalow: Male Gigoloа” (1999) filmindəki roluna görə məşhurlaşıb. Aktyor iki dəfə evli olub. Birinci həyat yoldaşı London Kinqlə 1988-ci ildən 1990-cı ilə kimi evli qalıb. Onların Elle adlı qızları var. İkinci həyat yoldaşı isə meksikalı prodüser Patrisiya Azarkoyya Arsi olub. Cütlük 23 aprel 2011-ci ildə evlənib. Onların Miranda Skarlett adlı qızları var (2012). “Yüngül təbiətli kişi” (1999), “Heyvan” (The Animal, 2001) filmlərində oynadığı rollarla məşhurlaşıb. “Yüngül təbiətli kişi” filminin 2005-ci ildə çıxan sikvelində oynadığı rola görə, ən pis aktyor nominasiyasında “Qızıl moruq” mükafatı ilə “təltif olunub”. Adam Sendlerin əksər filmlərində ikinci dərəcəli rollar oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rob_Schneider