Raca Hosnell
Rejissor, montajçı
Raca Qosnell 9 dekabr 1958-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Kinoya montajçı Robert Almanın köməkçisi olaraq gəlib. Daha sonra rejissor Kris Kolambusun çəkdiyi “Dayənin əhvalatı” (1987), “Sınmış ürəklər oteli” (1988), “Evdə tək” (1990), “Evdə tək 2: Nyu Yorkda azmış” (1992), “Missis Dautfayr” (1993) və “Doqquz ay” (1995) filmlərinin montajçısı olub. 1997-ci ildə ilk dəfə özünü rejissor kürsüsündə sınayıb. “Evdə tək 3” filmini lentə alıb. Rejissor olaraq aktivində elə də çox film yer almır. Çəkdiyi filmlər sırasında “Öpülməmiş” (1999), “Böyük ananın evi” (2000), “Skubi-Du” (2002), “Skubi-Du 2: Bədheybətlər azadlıqda” (2004), “Sənin, mənim və bizim” (2005) və “Beverli Hillz ceyranı” (2008) filmini sadalamaq olar. Karyerasının əvvəlində Robert Tolment və Uilyam Reynoldsla sıx əməkdaşlıq edib. Daha çox Kris Kolombusun çəkdiyi filmlərin montajçısı olaraq tanınır. Həmçinin bir neçə komediya filminin rejissoru olub. Çəkdiyi filmlərin kommersiya uğuruna baxmayaraq, ABŞ hüdudlarından kənarda o qədər də tanınmır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_260/raja-gosnell