Con Hyuz 18 fevral 1950-ci ildə Miçiqan ştatında (ABŞ) doğulub. Bütün dünyada “Evdə tək”, “Qıvırcık Syu”, “Bethoven”, “Səhər yeməyi klubu” filmlərinin ssenari müəllifi kimi məşhurlaşıb. Ssenarist karyerasını 1979-cu ildə seriallara və komediyalara ssenari yazmaqla başlayıb. 1984-cü ildə özünün ilk rejissorluq işi olan “16 şam” adlı komediya filmi işıq üzü görür. Filmin ssenari müəllifi də özü olur. 1990-cı ildə ssenari müəllifi olduğu “Evdə tək” filmi dünyaca böyük reytinq qazanmaqla yanaşı, ən gəlirli filmə çevrilir. Onun son əl işi “Qıvırcık Syu” (1991) filminə yazdığı ssenari olur. 2009-cu ildə Con Hyuz, səhər gəzintisi zamanı qəfil ürək tutmasından vəfat edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Hughes_(filmmaker)