Ceyms Tomas Uolş

Ceyms Tomas Uolş

Aktyor

BİOQRAFİYA

Cey Ti Uolş 28 sentyabr 1943-cü ildə San-Fransisko şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. İki bacısı və bir qardaşı var. İrlandiyada kollec təhsili aldıqdan sonra Rod Aylend Universitetinə daxil olub. Bir çox kollec teatr tamaşalarında iştirak edib. 1974-cü ildən etibarən qeyri-Brodvey tamaşalarında səhnəyə çıxıb. Kinoda ilk rolunu 1983-cü ildə “Eddi Meykonun qaçışı” filmində oynayıb. Növbəti 15 il ərzində 50-dən çox bədii filmdə başlıca olaraq antoqonist rollara çəkilib. 27 fevral 1998-ci ildə 54 yaşında ürək tutmasından dünyasını dəyişib. Uolşun dostu və çəkiliş yoldaşı Cek Nikolson 1998-ci ildə üçüncü “Oskar” mükafatını ona həsr edib. C.T. Uolş bir sıra məşhur filmlərdə, o cümlədən “Nikson”, “Hoffa”, “Bİr neçə yaxşı oğlan”, “34-cü küçədəki möcüzə”, “Qəza”, “Danışıq aparan şəxs”, “Sabahın xeyr, Vyetnam” kimi filmlərdə çəkilib. Kinoda daha çox cinayətkar və ya çirkli pullar qazanan hüquq mühafizə orqanları əməkdaşı rolları ilə populyarlaşıb. Playboy jurnalı onu “hamı tərəfindən sevilən yaramaz” adlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D1%88,_%D0%94%D0%B6%D0%B5%D0%B9_%D0%A2%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç