Kevin Speysi

Kevin Speysi

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Kevin Speysi 26 iyul 1959-cu ildə Nyu-Cersidə (ABŞ) anadan olub. Karyerasına 1980-ci illərdə "köməkçi" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başlayıb. 1990-cı illərdə "The Usual Suspects" (1995) filmindəki roluna görə "Ən yaxşı köməkçi aktyor" nominasiyasında və "American Beauty" (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında mükafatlandırılıb. Bununla da karyerasında yüksəliş dövrünə keçib. Həmçinin, komediya-dram filmi olan "Swimming with Sharks" (1994), psixoloji-triller janrında "Seven" (1995), kriminal janrda "L.A. Confidential" (1997) kimi filmlərdə də rol alıb. 2013-dən 2017-ci ilə kimi Netflix-in siyasi-dram janrında olan "House of Cards" serialında Frenk Undervud rolunu oynayıb. Bu rola görə "ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatını qazanıb. 2017-ci ilin oktyabrında aktyor Entoni Repp, aktyor haqqında qalmaqallı açıqlama vermişdi. O, qeyd edirdiki ki, 14 yaşında ikən (1986) Speysi tərəfindən cinsi zorakılığa məruz qalıb. Reppin bu iddiasına, Speysi Twitter vasitəsi ilə cavab olaraq bildirmişdi ki, bu hadisəni tam xatırlamır və ola bilsin ki, həmin vaxt içkili olub. Bu açıqlamadan sonra, Netflix Speysi ilə bütün əlaqələri kəsərək, onu "House of Cards" serialından xaric edir və serialın 6 sezonunun çəkilişini bilinməyən bir vaxta qədər təxirə saldığını bildirir. Eyni zamanda, Entoninin bu iddiasından sonra bir sıra şəxslər də Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını dilə gətirmişdilər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kevin_Speysi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç