Devid Hoberman
Prodüser
Devid Elliot Hoberman 19 sentyabr 1952-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) yəhudi ailəsində anadan olub. Atası radioaparıcı Ben Hoberman olub. Devid Elliot karyerasına Ameriya teleradio yayım şirkətində başlayıb. 1985-ci ildə Walt Disney studiyasına icraçı prodüser vəzifəsinə işə düzəlib. Disneydə “Motion Picture” qrupunun prezidenti olub və Walt Disney, Touchstone, Hollywood Pictures şirkətlərinin istehsal etdiyi filmlərə cavabdeh olub. 1995-ci ildə Mandeville Films adlı özəl prodakşn şirkətini təsis edib. Boşanıb, 3 övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Hoberman