Dennis Heysbört

Dennis Heysbört

Aktyor

BİOQRAFİYA

Dennis Dekster Heysbört 2 iyun 1954-cü ildə Kaliforniyada, San-Mateoda anadan olub. Amerika teatr sənəti akademiyasını bitirib. 1970-ci illərin sonunda “Lu Qrant”, “A” Komandası”, “Xüsusi detektiv Maqnum” və XXV əsrdə Bak Rocers” kimi televiziya seriallarında çəkilməyə başlayıb. “24 saat” və “Antiterror” bölük teleserialındakı rollara görə məşhurlaşıb. 1989-cu ildə ilk ciddi rolu “Yüksək liqa” filmində beysbolçu Pedro Serrano obrazıdır. Ardınca “Dəniz suitləri”, “Mister beysbol”, “Sevgi meydanı” və sair filmlərdə rol alır. 1997-ci ilə Klint İnstvudun “Mütləq hakimiyyət” trillerində agent Tim Kollinq rolunu canlandırır. Aktyorun ən məşhur rolu 2001-ci ildə çəkilişi başlayan “24 saat” serialında Devid Palmer obrazıdır. 2002-ci ildə “Cənnətdən uzaqda” bədii filmində bağban Reymond Diqan rolunu oynayıb və üç amerika kinomükafatına layiq görülüb. Heysbört “Antiterror bölüyü” serialında baş rolu Conasa Bleyna ifa edib. 2007-ci ildə “Bafana xudafiz” bioqrafik dramında Nelson Mandelanı canlandırıb. 2011-ci ildə "Kunq-fu panda 2" cizgi filmində obrazlardan birini səsləndirib. Heysbört iki dəfə ailəli olub. İkinci nikahından iki övladı var. Qolfla, tennislə və sualtı üzgüçülüklə məşğul olur.


Ətraflı məlumata görə aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D0%B9%D1%81%D0%B1%D0%B5%D1%80%D1%82,_%D0%94%D0%B5%D0%BD%D0%BD%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç