Rişar Berri

Rişar Berri

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə (Fransa) anadan olub. Əlcəzair əsilli fransız olan valideynləri kommersiya ilə məşğul idilər. 16 yaşında Rişar teatra maraq göstərir, həvəskar aktyorlar truppasına qoşulur və Rasin, Pyer Kornel, Molyer və Bomarş klassikası ilə yaxından maraqlanır. 1969-cu ildə Milli konservatoriyanın dramatik incəsənət müsabiqəsindən keçir. Həmin vaxtlar Jan-Loran Koşe və Antuan Vitedən dərs alır. 1974-cü ildə Klod Pintonun “Sillə” filmi ilə kinoda debüt edir. Çəkiliş meydanında tərəf müqabilləri Klod Matye və Anni Jirardo kimi ulduzlar olur. Dörd il sonra, 1978-ildə Eli Şuraki “Mənim ilk məhəbbətim” filmində baş rol təklif edir. Bu filmdə də Anuk Eme, Natali Bay və Qabriele Fersetti kimi məşhurlarla çəkilir. Rişar Berri, əsasən, Aleksandr Arkadinin filmlərində çəkilib. “Hesablaşma günü”, “Hesablaşma günü 2”, “Böyük karnaval”, “Müqəddəs ittifaq”, “Saşa üçün” və “Sonuncu gün” filmləri onların birgə işidir. O, həmçinin Kristin Paskalın “Pozğun”, “Həyat yoldaşı xəyanətinin texnikası”, “Balaca şahzadənin dedikləri” filmlərində iştirak edib. ”Balaca şahzadənin dedikləri” filmi "Ən yaxşı kişi rolu"na görə "Sezar mükafatı"na namizəd olub və Monreal kinofestivalının "Ən yaxşı aktyor" mükafatına layiq görülüb. 2001-ci ildə Rişar rejissor kimi Patrik Timsit və Sesil de Fransın kinoda ən böyük rolu olaraq “Tamah sənəti” filmini çəkir. 2003-cü ildə “Mən Sezaram” filminə də Sesil De Fransı dəvət edir, bu filmdə həmçinin qızı Jozefina Berrini də çəkib. Bu iki filmdən sonra Xose Qarsiya və Marion Kotiyyarın iştirakı ilə “Qara qutu” psixoloji trillerini ekranlaşdırır. Həmin il Fransis Veberin “Bəxti gətirməyənlər” komediyasında komissar Vernet obrazını canlandırır. Filmdə həmçinin Jerar Depardye və Jan Reno kimi ulduzlar da çəkilib. Bu günədək Rişar Berri rejissor Fransis Veberin dörd filmində çəkilib. 2010-cu ildə Rişarın dördüncü rejissorluq işi olan “22 güllə: Ölümsüz” filmi prokata çıxır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ri%C5%9Far_Berri

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç