Orlando Blum

Orlando Blum

Aktyor

BİOQRAFİYA

Orlando Blum 13 yanvar 1977-ci ildə Kenterberidə (İngiltərə) anadan olub. Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim doqquz yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim: "Bax, bu iş əsl mənlikdir""... Bir gün yeniyetmə Orlando yoldaşları ilə evdə şənlik qurur. Şənlik zamanı onlar özünü Supermen hiss edərək, bir pəncərədən digərinə hoppanır, bərkdən gülür və əylənirdilər. Bu zaman Orlandonun ayağı sürüşür və “qəhrəman” gözünü yalnız xəstəxanada açır. Orlando Blum 2010-cu ildə avstraliyalı model Miranda Kerrlə evlənib. 6 yanvar 2011-ci ildə cütlüyün Flinn adlı oğulları dünyaya gəlib. 2013-cü ildə 3 illik evlilikdən sonra boşanıblar. 2016-cı ilin yanvarından 2017-ci ilin martına kimi isə aktyor, müğənni Keti Perri ilə görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Orlando_Blum

 

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç