Marşa Gey Harden

Marşa Gey Harden

Aktrisa

BİOQRAFİYA

Marşa Gey Harden - amerikalı aktrisadır. Marşa “Millerin kəsişməsi” (1990), “Birinci arvadlar klubu” (1996), “Flabber” (1997), “Tanış olun Co Blek” (1998) filmlərindəki rolları ilə tanınıb. “Pollok” (2000) bioqrafik dramında ikinci dərəcəli roluna görə “Oskar” mükafatı laureatıdır. 2004-cü ildə “Sirlərlə dolu çay” (2003) filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. Ardınca “Mona Lizanın təbəssümü”, “Tülkü buxtasına xoş gəlmisiniz”, “Amerikan arzusu”, “Ölmüş qız”, “Mistifikasiya”, “Kiş”, “Görünməz” filmlərinə çəkilib. Harden eyni zamanda bir sıra hollivud filmlərinə çəkilib. Onların sırasında “Kosmik kovboylar” (2000), “Vəhşi şəraitdə” (2007), “Duman” (2007) filmləri yer alır. Sonuncu filmdəki roluna görə “Saturn” mükafatına layiq görülüb. 2009-cu ildə Harden “Savaş allahı” tamaşasındakı roluna görə “Toni” mükafatına sahiblənir. Harden televiziyadakı işinə görə iki dəfə “Emmi” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D0%B4%D0%B5%D0%BD,_%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0_%D0%93%D0%B5%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç