Martin Brest
Rejissor, prodüser, ssenarist, aktyor, montajçı
Martin Brest 8 avqust 1951-ci ildə Nyu-York ştatının Bruks şəhərində (ABŞ) anadan olub. Brest 1969-cu ildə Stuyvesant High School məktəbini, 1973-cü ildə Nyu-York Universitetinin incəsənət məktəbini bitirib. Eyni zamanda 1977-ci ildə Amerika Kinoincəsənəti İnstitutunun Konservatoriyasında “İncəsənət üzrə magistr” dərəcəsini alıb. Martin özünü ssenarist və rejissor qismində “Gözəl gediş” filmində sınayır. Filmdə Corc Berns, Art Karni, Li Strasberq kimi aktyorlar çəkilib. Martin “Hərbi oyunlar” rejissoru təyin olunub, lakin filmin istehsalı zamanı işdən azad edilib. Brestın növbəti layihəsi ilk hiti, baş rolda Eddi Merfinin iştirakı ilə “Beverli Hillsdan olan polis” filmi olub. Film dünyada 300 mln.dollar gəlir əldə edib və ən yaxşı ssenariyə görə “Oskar” mükafatına namizəd olub. Martinin növbəti filmində “Gecəyarısına qədər yetişmək” Robert De Niro və Çarlz Qrodin çəkilib. Film ən yaxşı film (komediya və ya müzikl) və ən yaxşı kişi aktyor (Robert De Niro) nominasiyasında “Qızıl qlobus” mükafatına layiq görülüb. Martin Brestin yaradıcılığında yeni parlaq səhifə 1974-cü ildə “Qadın ətri” italiyan filminin remeyki olub. Məhz bu filmdəki baş rola görə Al Paçino ən yaxşı kişi rolu nominasiyasında yeganə “Oskar” mükafatını alıb. (ən yaxşı kişi roluna görə Qızıl Qlobus mükafatını alıb). Altı ildən sonra Martin baş rolda Bredd Pitt və Entoni Hopkinsin iştirakı ilə “Tanış olun, Co Blək” məhəbbət filmini çəkir. 2003-cü ildə Brest öz ssenarisi əsasında “Cilii” filmini çəkib. Baş rollarda Ben Afflek və Cennifer Lopezin çəkilməsinə baxmayaraq film uğursuz olur. İstər tənqidçilərin, istərsə də tamaşaçıların mənfi rəyini alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B5%D1%81%D1%82,_%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD