B.D. Vonq

B.D. Vonq

Aktyor

BİOQRAFİYA

Bredli Derril Vonq 24 oktyabr 1960-cı ildə San-Fransisko şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. “Toni”, “Drama Desk”, “Teatr aləmi” kimi mükafatların laureatıdır. Daha çox “Oz həbsxanası” (1997-2003) serialında canlandırdığı Rey Mukada obrazı və “Qanun və qayda: Xüsusi korpus” (1999-2013) detektiv serialında Corc Xuanqa rolu ilə tanınır. Bundan əlavə “Amerikalı qız” (1994-1995), “Oyanış” (2012) kimi qısa ömürlü seriallara çəkilib. Böyük kinoda ən çox parladığı filmləri “Balaca karateçi 2”, “Ailə işi”, “Birinci kurs tələbəsi”, “Müəmmalı görüş”, “Qız atası”, “Yura dövrünün parkı”, “Məhv etmək əmr olundu”, “Yeddi il Tibetdə, “Solton dənizi” və başqalarıdır. Eyni zamanda ara-sıra Brodveyin tamaşalarında iştirak edir. Aktyor cinsi azlıqlardandır. Riçi Ceksonla görüşən aktyorun 28 may 2000-ci ildə surroqat anadan əkiz oğulları doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/BD_Wong

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç