Ueyn Nayt
Aktyor
Ueyn Eliot Nayt – amerikalı kino və televiziya aktyorudur. Daha çox “Kosmik cem”, “Yur dövrünün parkı”, “Siçovul yürüşü” və “Əsas instinkt” filmlərində oynadığı rolları ilə tanınır. “Ən yaxşı ikinci plan aktyoru” kateqoriyasında “Saturn” mükafatına namizəd olub. 1955-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Corciya ştatının Kartersvil şəhərində boya-başa çatıb. 1972-ci ildə Corciya Universitetinə daxil olub. Ancaq Virciniya ştatının Barter teatrında karyerasını davam etdirməkdən ötür təhsili yarımçıq buraxıb. Tezliklə Nyu-Yorka qayıdıb və 23 yaşında Brodveydə “Əkizlər” komediyasında debüt edib. Daha çox Amerikanın “Saynfeld” sitkomunda əsas personajlardan biri – Nyuman rolunda yadda qalıb. “Əsas instinkt” filmində Şeron Stounun qəhrəmanının sorğu-sualında iştirak edən müstəntiq rolunu oynayıb. “Yur dövrü parkı” blokbasterində əsas antoqonist obrazı yaradıb (proqramçı Dennis Nedri). Bundan başqa 1990-cı illərdə “Con F. Kennedi: Dallasda açılan atəş”, “Ölməyə dəyər”, “Kosmik cem” və digər filmlərdə ikinci plan rollar oynayıb. “Oyuncaq hekayəsi 2” cizgi filmində El Makviqin, “Tarzan” cizgi filmində Tantor adlı fil personajını səsləndirib. Kinodakı uğurlarına baxmayaraq Brodveydəki çıxılarını dayandırmayıb. 2005-ci ildə Kristina Epplqeyltlə “Əziz Çariti” müziklındə baş rolları ifa ediblər. 1996-2003-cü illərdə Paula Sutorla evli olub. Artıq çəkidən əziyyət çəkdiyi üçün sərt pəhriz saxlamağa başlayıb və xüsusi məşqlərlə 53 kiloqrama yaxın çəki atıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%B9%D1%82,_%D0%A3%D1%8D%D0%B9%D0%BD