Riçard Attenboro

Riçard Attenboro

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Riçard Attenboro 29 avqust 1923-cü ildə Kembricdə (İngiltərə) britaniyalı akademik Frederik Attenboronun ailəsində dünyaya gəlib. Kral Dram Sənəti Akademiyasında təhsil alıb. 1945-ci ilin yanvarında aktrisa Şeyla Simlə evlənib və həyatının sonunadək onunla yaşayıb. 2008-ci ildən "Çelsi" futbol klubunun vitse-prezidenti olub. “Qandi” filminin quruluşuna və prodüserliyinə görə “Oskar”, BAFTA, “Qızıl Qlobus” mükafatlarına layiq görülüb. 2004-cü ildə böyük qızı Ceyn Attenboro qızı və qaynanası ilə birlikdə Taylandda baş verən sunami nəticəsində həlak olub. Riçard Attenboro insult nəticəsində yıxılaraq aldığı travmadan sonra həyatının son beş ilini əlil arabasında keçirib. Son illərini həyat yoldaşı ilə birlikdə qocalar evində keçirən aktyor 2014-cü ilin 24 avqustunda - 91 yaşına 6 gün qalmış dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Attenborough

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç