Taissa Farmiqa

Taissa Farmiqa

Aktrisa

BİOQRAFİYA

Taissa Farmiqa — Amerikalı aktrisa. Karyerasına 2011-ci ildə nümayiş olunmuş Yüksək torpaq dram filmi ilə başladı. O televiziyada ilk debütünü FX-in hit serialı olan Amerikan qorxu hekayəsi: Qatil ev ilə etdi. Teatr debutunu isə 2016-cı ildə Dəfn edilmiş uşaq tamaşası ilə etdi.Növbəti illərdə Taissa Kor zəng (2013), Zehnin mərkəzində (2013), Midltonda (2013), Sonuncu qızlar (2015), 6 il (2015), Şiddət vadisində (2016) və Qaydalar tətbiq edilmir (2016) kimi filmlərdə çəkildi. O Ədalət liqası gənc titanlara qarşı (2016) və Gənc titanlar: Cudas müqaviləsi filmlərində Ravenin səsini səsləndirmişdir.Taissa Nyu-Cersi ştatının Readinqton Tounşip şəhərində doğulub və böyüyüb. O ailədə ən kiçiyidir. Özündən başqa onun Viktor, Vera, Stefan, Nadia, Aleksandr və Larissa adlı bacı/qardaşları var. Uşaqlar Ukraynalı ailədə doğulublar. Anaları Lubomira məktəb müəlliməsi ataları isə Maykl Farmiqa sistem analistidir. Taissadan başqa digər uşaqlar spina bifida xəstəliyi ilə doğulublar. Onun babası və nənəsi Nadia və Tedor Spass ikinci dünya müharibəsi vaxti Karsfild düşərgəsində tanış olublar. Taisa 4-cü sinifə qədər dövlət məktəbində təhsil aldıqdan sonra ev dərsləri almağa başladı. O ukrsayna dilini yaxşı danışa bilməsədə ancaq başa düşməsi yaxşıdır. Həmçinin o 4 il ərzində Amerikan İşarə Dili dərsləri keçib və bunda təcrübəlidir.Taissa kariyerasına bacısı Vera Farmiqanın ilk rejissor debütü olan Yüksək torpaq filmi ilə başladı. Filmdə o bacısı Veranın 16 yaşlı yeniyetmə çağını ifa etdi. Filmin 2011-ci ildə nümayişindən sonra o performansına görə aldığı müsbət rəylərdən sonra ICM Partners ilə müqavilə bağladı. Həmin il Taissa Amerikan qorxu hekayəsi-nin birinci mövsümündə rol aldı və bu rol onun ən uğurlu rolu olaraq ona beynəlxalq tanınma qazandırdı. Qatil ev adlı mövsümdə o Vivien (Conni Britton) və Benin (Delan Makdermot) yeniyetmə qızı olan Violet rolunu oynadı.Bu rol onun ilk profissional rolu idi. Bunan sonra o, Sofia Koppolanın kriminal filmi olan Kor zəng filmində 17 yaşlı Sem Mur roluna çəkildi.Kann kinofestivalında nümayiş olunan film müsbət rəylər aldı. 2013-cü ildə çəkildiyi Midltoun filmindən sonra o Amerikn qorxu hekayəsi-nə qayıtdı və üçüncü mövsümə çəkildi. Cadugarlar məclisi adlı mövsümdə o Zoe Benson rolunu ifa etdi və buna görə yenidən müsbət rəylər aldı. Filmdə ilk baş rolunu Corq Doradonun psixologi trilleri olan Zehnin mərkəzində filmində oynadı. Film 2013-cü ildə Sitges Film Festivalında nümayiş olundu. Növbəti ildə Cemesi Boy filmində rol aldı. Bundan sonra bir sıra filmlərə çəkildikdən sonra o ABC-nin qısa serialı olan İfritələr şəhəri (2015) serialında göründü. Serial 3 seriadan sonra ləğv edildi və yayımlanmamış seriaları isə Hulu vasitəsi ilə yayımlandı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Taissa_Farmiqa

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç