Riçard Dilleyn

Riçard Dilleyn

Aktyor

BİOQRAFİYA

Riçard Dilleyn 1964-cü ildə İngiltərədə anadan olub. Uşaqlığı Londonun şəhər kənarında keçib. Mançester Universitetində fəlsəfə ixtisası üzrə diplom əldə edib. 10 ilini Avstraliyada keçirib, Pört, Sidney və Hobart şəhərlərində aktyor və rejissor olaraq fəaliyyət göstərib. Ben Afflekin “Oskar” mükafatı almış “Arqo əməliyyatı” filmində britaniyalı agent Piter Nikols rolu ilə tanınır. Həmçinin rejissor Cim Louçun “Günəş və portağallar” filmində baş qadın qəhrəman Marqaret Hamfrizin həyat yoldaşı rolu ilə şöhrət qazanıb. BBC-də yayımlanan “Kosmos uğrunda mübarizə” sənədli dramında Verner fon Braunu oynayıb. Aktyor eyni zamanda teatr və radio tamaşalarında iştirak edir. Kral Milli Teatrında Hovad Brentonun “Pol” pyesində Neron rolunda çıxış edib. BBC-nin bir neçə radio tamaşalarında rol alıb. Riçard Dillayn şotland aktrisa Ceyn Makkena (“Futbolçu arvadları” serialında oynayıb) ilə evlidir. Cütlüyün 3 övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Dillane

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç