Xorxe S. Dorado

Xorxe S. Dorado

Rejissor, prodüser, ssenarist, aktyor, montajçı

BİOQRAFİYA

Xorxe S. Dorado – ispaniyalı rejissor, ssenarist və prodüserdir. “La Guerra” adlı  qısametrajlı filmi, “Nuevos Tiempos” adlı sənədli filmi və “Mindsape” adlı ilk tammetrajlı bədii filminə görə ayrı-ayrı illərdə “Qoya” kino mükafatına layiq görülüb. Madridin Komplutens Universitetində kommunikasiya ixtisası üzrə ali təhsil alıb. Karyerasına Petro Almodavarın “Pis tərbiyyə” və “Onunla danış” filmlərinin çəkilişlərində rejissor köməkçisi olaraq başlayıb. Bundan başqa həmin vəzifədə Gilyermo Del Toro və Baz Lurmanla da birgə işləyib. Daha çox “Esktrasens 2: Şüur Labirinti” (2013), “Zaman Nazirliyi” (2015-2017, serial), “Onunla danış” (2002), “İblis dağ silsiləsi” (2001) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində 16 televiziya/bədii və sənədli film və seriala rejissorluq edib. Son rejissor işləri – “Gigantes” serialı (3 epizod, 2018) və El embarcadero serialıdır (2 epizod, 2019).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jorge_Dorado

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç