Qevin Hud
Aktyor, rejissor, ssenarist, prodüser
Qevin Hud 12 may 1963-cü ildə CAR-ın Yohannesburq şəhərində dünyaya göz açıb. Valideynləri teatr sahəsində çalışıb. 1991-ci ildə Kaliforniya Universitetində kino üzrə ali təhsil almazdan əvvəl, Yohanensburqda hüquqşünaslıq üzrə diplom alıb. Debüt ssenarisini yazdığı “Müdrik insan” filmi Universitetdə oxuduğu zaman araşdırdığı olmuş kriminal hadisə əsasında çəkilib. Həmin filmə görə “Diane Thomas Screewriting Award mükafatını qazanıb. CAR-a qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin sifarişi ilə çəkdiyi maarifləndirici filmlər silsiləsi üzərində gördüyü işə görə mili Emmi mükafatı ilə təltif edilib. 1998-ci ildə çəkdiyi “Anbardar” adlı qısametrajlı filmi beynəlxalq kinofestivallarda ümumilikdə 13 mükafat qazanıb. 1999-cu ildə çəkilmiş “Müdrik insan” filmi bir sıra mükafatlar gətirib, Hud özü isə ən yaxşı aktyor, rejissor və ssenarist olub. 2003-cü ildə Hud cənubi-afrikalı yazıçı Atolda Fuqaranın romanı əsasında ekranlaşdırılmış “Sossi” filminə ssenari yazıb. 2006-cı ildə ekranlara film Toronto beynəlxalq festivalında tamaşaçı seçimi kateqoriyasında priz qazanıb. Daha sonra ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatçısı olub. “Sossi” (2005) və “Enderin oyunu” (2013) filmləri ilə dünya şöhrəti qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%83%D0%B4,_%D0%93%D1%8D%D0%B2%D0%B8%D0%BD