Moyzes Arias

Moyzes Arias

Aktyor

BİOQRAFİYA

Moyzes Arias - 18 aprel 1994-cü ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Əslən kolumbiyalıdır, ispan dilində sərbəst danışa bilir. Qardaşı Mateo Arias da aktyordur. Daha çox “Hanna Montana” serialında Riko Suave rolu ilə və “Moises Rules!” teleşousunda iştirakı ilə məşhurdur. O, həmçinin “Hər şey zordur və ya Zak və Kodinin” həyatı serialında Rendall rolunda görünüb. “Hanna Montana” serialında epizodik rol oynasa da, sonradan oynadığı personaj ön plana keçib. 2006-2008-ci illərdə "Disney Channel Games" proqramında iştirak edib. Həmin dönəmdə həmçinin "Jonas Brothers" qrupunun “SOS” mahnısının videoklipinə və “Supernaço” filminə çəkilib. 2009-cu ildə Beynəlxalq Qvadalahare kinofestivalında “Əla oyun” filminin təqdimatında iştirak edib. Bir müddət sonra qardaşı ilə birlikdə “Moyzes burada olub” adlı YouTube filmini çəkib. Daha sonra qardaşlar “Motocross Madness” filmi üzərində çalışıblar. 2008-ci ildə “Beethovens Big Break” filmində Billi roluna çəkilib. Arias daha sonra “Veyverli Pleys sehrbazları” serialında rol alıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mois%C3%A9s_Arias

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç