Gürkan Uyğun

Gürkan Uyğun

Aktyor

BİOQRAFİYA

Gürkan Uyğun türkiyəli teatr, kino və televiziya aktyorudur. 1974-cü ildə Sakaryada doğulub. “Kurtlar Vadisi” teleserialı, onun sikvelləri ("Kurtlar Vadisi: Pusu" və s.), prikvelləri və spin-oflarında ("Kurtlar Vadisi: Irak", "Kurtlar Vadisi: Filistin", "Kurtlar Vadisi: Gladio") canlandırdığı Memati Başa rolu ilə məşhurlaşıb. Gürcü əsillidir. Teatrla məktəb yaşlarında tanış olub. Həvəskar teatrda ilk rolunu 1990-cı illərdə oynayıb. Müəyyən təcrübə toplayan Gürkan 1996-cı ildə televiziyaya yol tapıb. “Dəlisov Ürək” mini layihəsində iştirak edib. Daha sonra “Paxla” adlı komediya lentində Bora Tekay rolunu oynayıb. 2003-cü ildən başlayaraq 9 il ərzində “Kurtlar Vadisi” teleserialına və onun sikvellərinə çəkilib. Ona mafiya bosu Süleyman Çakırın sağ əli Memati Başa rolu nəsib olub. 2013-cü ildə “Mühteşem yüz yıl ” serialında memar Sinan rolunda çıxış edib. 2014-cü ildə başlayaraq “Qaçaq” serialında baş rola çəkilib, serialda keçmiş məxfi polis əməkdaşı Serhat rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B9%D0%B3%D1%83%D0%BD,_%D0%93%D1%8E%D1%80%D0%BA%D0%B0%D0%BD

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç