Cahit Berkay
Bəstəkar
Cahit Berkay – türkiyəli musiqiçi və bəstəkardır. "Moğollar" adlı musiqi qrupunun təsisçilərindən olub. Berkay 3 avqust 1946-cı ildə Türkiyənin Sparta şəhərinin Uluborlu rayonunda anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə İstanbula köçüb. İstanbulun "Kabataş oğlanlar litseyi"ni bitirib. Daha sonra İstanbul Universitetinin İqtisad fakültəsində ali təhsil alıb. Karyerasının əvvəlində mandolin ifaçısı kimi fəaliyyət göstərib. 1965-ci ildə Selçuk Alagözün orkestrində peşəkar musiqi dünyasına addım atıb. Selçuk Alagözlə birlikdə 1966-cı ildə "Qızıl mikrafon" musiqi müsabiqəsinə qatılıb və üçüncü yeri tutub. Böyük ekranlarda daha çox “Gizli yüz” (1991), “Sis” (1987), “Herşeye rağmen” (1988), “Melekler Evi” (2000) filmlərinin bəstəkarı kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0075299/