Kevin Sorbo 1958-ci ilin 24 sentyabrında ABŞ-ın Minnesota ştatının Mund adlı kiçik şəhərində doğulub. Anası Ardis tibb bacısı olub, atası Linn Sorbo riyaziyyat təmayüllü məktəbdə biologiya müəllimi olub. Valideynləri norveç əsilli idilər və Kevin lüteran adət-ənənəsi ilə böyüdülüb. Məktəbi bitirdikdən sonra Kevin Minnesota universitetinə daxil olur. Oxuduğu illərdə həm də reklam filmlərində model kimi işləyirdi. Aktyorluq karyerasına 1980-ci illərdə televiziyada “1st & Ten” serialı ilə başlayıb. 1994-cü il karyerası üçün uğurlu il olur. O, “Herakl və amazonkalar” teleserialında Herakl rolunu oynayıb. Bu rol ona böyük uğur gətirib. Serial bütün dünyada məşhur olub və çəkilişlər 1999-cu ilə kimi davam edib. Bu serial çəkilərkən Kevin gələcək həyat yoldaşı Sem Cenkinslə tanış olur və 1998-ci ildə evlənir.Cütlüyün iki oğlu, bir qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_Sorbo