Derek Cekobi

Derek Cekobi

Aktyor

BİOQRAFİYA

Ser Derek Corc Cekobi 1938-ci ildə Londonun Leytonston qəsəbəsində dünyaya göz açıb. Homoseksual olduğunu gizlətmir. 2006-cı ildə Britaniya qanunvericiliyində eynicinsli nikahlara icazə verildikdən sonra Riçard Klifforda nikahını rəsmiləşdirib. Hazırda Londonda yaşayır. Kinoda daha çox “Qladiator” (Gladiator – 2000), “Qosford parkı” (Gosford park – 2001), “Başqa dünya 2: Təkamül” (Underworld: Evolution – 2006) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 149 televiziya/bədii filmə və seriala çəkilib. Aktyorun aktivində BAFTA, “Toni” və “Emmi” kimi mötəbər mükafatlar var. İki dəfə Lourens Olivye adına mükafata layiq görülüb. Britaniya imperiyası ordeninin komandoru tituluna malikdir. 1994-cü ildə isə Britaniyanın sərkərdə-bakalavrı fəxri adı ilə təltif olunub. Danimarkanın Danenborq ordeninin birinci dərəcəli sərkərdəsi titulunun sahibidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%BA%D0%BE%D0%B1%D0%B8,_%D0%94%D0%B5%D1%80%D0%B5%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç