Oliver Rid
Aktyor
Robert Oliver Rid – britaniyalı aktyordur. Ekranlarda daha çox marqinal və sərt təbiətli kişi obrazları ilə yadda qalıb. 9 may 1999-cu ildə Maltanın Valetta şəhərində idman jurnalisti Piter Ridin ailəsində dünyaya göz açıb. Eurosport telekanalında idman jurnalisti işləyən Saymon adında qardaşı var. Tanınmış britaniyalı rejissor, “Oskar” laureatı Kerol Ridin əmisi oğludur. Aktyorun babası 19-cu əsrin məşhur aktyor və rejissoru Herbert Birb Tri olub. Robert 1950-ci illərdə az qala heç bir təklifi rədd etmədə çoxsaylı rollar oynayıb. Ancaq öz yerini “Hammer Film Productions” şirkətinin filmlərində (60-cı illərin əvvəllərində) tapıb. Həmin dönəmdə ən uğurlu rolunu “Qulyabaninin lənəti” filmində oynayıb. 1969-cu ildə Ken Rasselin “Vurulmuş qadınlar” filmində rol alıb. Filmdə Ridlə Alan Beytsin döyüş səhnəsi kino tarixinə düşüb. 70-ci illərdə aktyor Riçard Lesterin “Üç muşketyor” və “Dörd muşketyor: Miledinin qisası” dilogiyasında Atosu oynayıb. 1989-cu ildə filmin sikveli olan “Muşketyorların qayıdışı” filmində Atos roluna qayıdıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B4,_%D0%9E%D0%BB%D0%B8%D0%B2%D0%B5%D1%80