Liza Cerrard

Liza Cerrard

Müğənni, bəstəkar

BİOQRAFİYA

Liza Cerrard 12 aprel 1961-ci ildə Avstraliyanın Melburn şəhərində dünyaya göz açıb. İrland və ingilis əsillidir. Valideynləri Nanett və Con Avstraliyaya Böyük Britaniyadan köçüb. Gələcək müğənni Melburunun başlıca olaraq Yaxın Şərq ölkələrindən olan mühacirlərin yaşadığı Prahran qəsəbəsində boya-başa çatıb. Özünün dediyinə görə, uşaqlıqda çay kənarında gəzməyi, qadınların paltar yuyaraq, ona yad olan dildə mahnı ifa etmələrini seyr etməyi sevib. Bu təəsüratları onun musiqi tərzinə öz təsirini göstərib. Lizanın iki qardaşı (Con Cerrard və Mark Cerrard ) olub. Sonuncu 1996-cı ildə faciəvi şəkildə həlak olub. Lizanın musiqi karyerası 1981-ci ildə başlayıb. Həmin vaxt onun çıxış etdiyi Microfilm pank-qrupunun “Centerfold” adlı sinqlı çıxıb. 1998-ci ildə Brendan Perri ilə birlikdə Dead Can Dance qrupunun əsas iştirakçılarından olub. 1998-ci ildə yaradıcılıq məsələlərində düşən ədavətə görə Dead Can Dance qrupu dağılıb və Liza solo karyerasına qədəm qoyub. Bir ildən sonra “Duality” adlı albomu işıq üzü görüb (Piter Burkla birlikdə). 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində “Qəzəb”, “Öz Adamı”, “Əli”, “Çətin Tapşırıq 2”, “Balinanı ram etmiş” filmlərinə yazdığı musiqi ilə məşhurlaşıb. 2001-ci ildə Hans Zimmerlə birlikdə “Qladiator” filminə yazdığı musiqiyə görə “Qızıl Qlobus” mükafatına layiq görülüb. Həmçinin kinobəstəkar kimi fəaliyyət göstərir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lisa_Gerrard

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç