Devid Frantsoni

Devid Frantsoni

Ssenarist, prodüser

BİOQRAFİYA

Devid Harold Frantsoni 4 mart 1947-ci ildə ABŞ-da doğulub. Karyerasının ən görkəmli işi olan “Qladiator” filminin ssenarisini 70-ci illərdən yazmağa başlayıb. Roma Kolizeyində keçirilən döyüşlər haqqında kitabı oxuduqdan sonra ondan ilhamlanıb və rejissor Stiven Spilberqdən onun motivləri əsasında film çəkməyi xahiş edib. Ancaq iş elə gətirib ki, filmi uzun müddət sonra 1999-2000-ci illər ərzində Ridli Skot lentə alıb. Daha çox “Qladiator” (Gladiator – 2000), “Amistad” (Amistad -1997), “Kral Artur” (King Arthur – 2004), “Vətəndaş Kon” (Citizen Cohn – 1992) filmlərinin ssenaristi kimi şöhrət qazanıb. Karyerası ərzində 5 filmə ssenari yazıb, 2 filmə prodüserlik edib (o cümlədən Qladiator filminə).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B0%D0%BD%D1%86%D0%BE%D0%BD%D0%B8,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç