Amma Asante

Amma Asante

Rejissor, aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Amma Asante 13 sentyabr 1969-cu ildə Londonda (İngiltərə) dünyaya gəlib. Ammanın atası mühasib, anası isə ərzaq mağazasının müdiri olub. Amma kiçik yaşlarından səhnə sənətləri məktəbində rəqs etməyi öyrənib və tamaşalarda səhnəyə çıxıb. Amma aktrisalığa "Qrenc Hill” serialı ilə başlayıb, bir çox fərqli film və seriallarda rol alıb. O, 1998-ci ildə isə özünü prodüser və ssenarist kimi sınamağa qərar verir, elə hemin il “Qardaşlar və bacılar” serialı üzərində işləməyə başlayır. 2004-cü ildə isə Ammanın rejissor kreslosunda oturduğu və ssenarisini yazdığı “ Həyat yolu” filmi işıq üzü görür. Asantenin növbəti filmi isə yalnız 11 ildən sonra işıq üzü görür - bu “ Bell” filmi idi. Asanta prodüser Çarli Hansonla evli olub, ancaq bir müddət sonra boşanıblar. Hal-hazırda isə Amma Soren Pedersonla evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Amma_Asante

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç