Den Kastellaneta

Den Kastellaneta

Aktyor, səs aktyoru

BİOQRAFİYA

Deniel Luis Kastellaneta 29 oktyabr 1957-ci ildə İllinoys ştatının Ok-Park şəhərində (ABŞ) dünyaya göz açıb. Məktəbi bitirdikdən sonra Şimali İllinoys Universitetinə qəbul olunub. Məktəbdə oxuduğu illərdə beysbol komandasında çıxış edib. İllər sonra məşqçisi Dik Traut onun barədə xatirələrini bu sözlərlə bölüşüb: “Den yaxşı uşaq idi, ancaq topu qız kimi atırdı”. Universiteti bitirdikdən sonra Çikaqo şəhərinin aktyor truppalarından birinə qoşulur. Daha çox “Simpsonlar” cizgi serialında baş personaj Homer Simpsonu səsləndirməsi ilə məşhurlaşıb. Bundan başqa “Kosmik cem” (Space Jam – 1996), “Super səkkizlik” (Super 8 – 2011) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində aktyor və səs aktyoru olaraq televiziya və kinoda 222 rolu var. Yazıçı Deb Lakuste ilə evlidir. Ailəsi ilə birgə Los-Ancelesdə yaşayır. Həyat yoldaşı “Simpsonların” bəzi epizodlarının ssenarisini yazıb. “Homer Simpsondan” fərqli olaraq vegetariandır və mütəmadi olaraq idmanla məşğul olur. “Simpsonlar” da baş personajdan savayı, Abraham Simpson, Barni Qambl, Kloun Krasti, bağban Villi, mer Co Kuimbi, dəcəl pişiyi, Arni Payı, Skot Kristinanı və digər personajların səsini çıxarır. Karyerası ərzində üç dəfə “Emmi” laureatı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%81%D1%82%D0%B5%D0%BB%D0%BB%D0%B0%D0%BD%D0%B5%D1%82%D0%B0,_%D0%94%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç