Tendi Nyuton

Tendi Nyuton

Aktrisa

BİOQRAFİYA

Melani Tendive “Tendi” Nyuton - ingiltərəli kino-televiziya aktrisası və BAFTA mükafatı laureatıdır (“Qəza” filmində oynadığı rola görə). Böyük kinoda daha çox “Qəza” (2004), “Vəhşi Qərb dünyası” (2016-2016), “Mümkünsüz Tapşırıq 2” (2000), “2012” (2009) filmlərində yaratdığı obrazlarla yadda qalıb. Karyerası ərzində 43 televiziya/bədii filmə və seriala çəkilib. Aktrisa 6 noyabr 1972-ci ildə Londonun Vestminster rayonunda anadan olub. Atası ingilis laborant və sənətçi, anası isə Zimbabveli evdar qadın olub. Tez-tez şoubiznes mediasında səhvən onun doğum yeri Zambiya göstərilir. Ancaq aktrisa mətbuata verdiyi açıqlamada bu iddiaları təkzib edib və Londonda doğulduğunu bildirib. Tendive adı zulu, kosa və svati dillərində “Sevilən” anlamına gəlir. Nyuton əmin edir ki, anası Şona xalqının şahzadəsi olub. Aktrisanın uşaqlığı Londonda keçib. Penzans qəsəbəsində Trinq Park məktəbində rəqsi öyrənib. 1992-1995-ci illərdə Dauninq kollecində oxuyub. Orada sosial antropologiya ixtisası üzrə təhsil alıb. Daha sonra aktrisa karyerasına qədəm qoyub. Şəxsi həyatına gəlincə 16 yaşında olanda özündən 23 yaş böyük Avstraliyalı rejissor Con Dayanla eşq macərası yaşayıb. Rejissor onu “Flirt” adlı lentinə çəkib. Həmin rol aktrisanın kino debütü sayılır. Sevgi münasibətləri 6 il davam edib. 11 iyun 1998-ci ildə 1969-cu il təvəllüdlü rejissor Ol Parkerlə ailə qurub. Cütlüyün üç övladı var. 2006-cı ildə Nyuton uşaq haqları təşkilatının nəşr etdiyi “We Wish: Hopes and Dreams of Cornwall’s Children” uşaq hekayələri kitabına ön söz yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Ньютон,_Тэнди

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç