Fidon Papamaykl

Fidon Papamaykl

Operator, rejissor

BİOQRAFİYA

Fidon Papamaykl 1962-ci ildə Afinada (Yunanıstan) anadan olub. Atası yunan, anası almandır. Altı yaşında olanda ailəsi ABŞ-a köçüb (atasına gələn iş təklifi ilə əlaqədar). İndiyə kimi Hollivudda yaşayıb-yaradır. Kinoya həvəsi uşaqlıq illərində yaranıb. Valideynlərinin Milad bayramına ona hədiyyə etdiyi kamera ilə öz ilk filmini çəkib. Karyerasının əvvəllərində rejissor Rocer Kormanın rəhbərliyi altında işləyib. Həmçinin Vim Venders və Con Törteltaub kimi rejissorlar üçün də müxtəlif filmlər çəkib. Fidon “minimalizm” fəlsəfi təliminin davamçısıdır, şöhrət və populyarlığı sevmir. Küçədən keçənlər onu tanıdıqda bundan hiddətlənir. 1997-ci ildən bəri ABŞ kinematoqrafiya incəsənəti və elmləri Akademiyasının üzvüdür. 2000-ci ildə Amerika kinooperatorları cəmiyyətinin üzvlüyünə qəbul olunub. Con Kassavetisin bacısı oğludur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BF%D0%B0%D0%BC%D0%B0%D0%B9%D0%BA%D0%BB,_%D0%A4%D0%B8%D0%B4%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç