Deniel Uilli

Deniel Uilli

Aktyor, ssenarist

BİOQRAFİYA

Deniel (Den) Uilli 1970-ci ildə Avstraliyada anadan olub. Uşaqlığı Sidneyin şimal sahillərində keçib. Universitetdə incəsənət üzrə ali təhsil alıb. Avstraliyanın yerli gənclər teatrının səhnəsində bir çox həvəskar tamaşalarda iştirak edib. Ciddi aktyorluq barədə düşünməsə də, sonra bu sənətin yolçusu olub. 18 yaşında olanda avtomobil qəzasına düşür. Ağır xəsarət aldığından üzündə dərin çapıq yeri qalıb, dörd ön dişi sınıb. Sağaldıqdan sonra teatra qayıdıb. Deniel müxtəlif janr və ampulalarda olan rolların öhdəsindən layiqincə gəlib. Özünün təkcə qitə səviyyəsində deyil, həmçinin beynəlxalq müstəvidə peşəkar olduğunu isbat edib. 1992-ci ildə “Ekspert” adlı bədii filmdə kinodebütü baş tutub. Ardınca “Pirimit tərəf” serialına çəkilib. Aktyorun ən əlamətdar filmləri: “Mürielin toyu”, “Müqəddəs Tüstü”, “Piter Pen”, “Daxildən Baxış, “Son Ümid”. 2010-cu ildə karyerasının ən reytinqli filmlərindən olan “Sanktum” macəra dramında rol alıb. Kinofilmin prodüseri görkəmli Ceyms Kemeron olub. Ekran əsərinin süjeti real hadisələrə əsaslanır. Karyerası ərzində 60-dan çox kino və serialda rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/2418-deniel-uilli.html

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç