Kimbl Rendall
Rejissor, ssenarist, aktyor, prodüser
Kimbl Rendall 1954-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya göz açıb. Daha çox “Sunami 3D”, “Məzərın 7 keşikçisi” (2017), “Matrisa: Yenidən işə salma” (2003), “Mən, robotam” (2004) filmləri üzərində gördüyü işlərə görə tanınır. Peşəkar gitaraçıdır. “XL Capris” və “Hoodoo Gurus” kimi pank/rok qrupların təsisçisi olub. Ali təhsilini Avstraliyanın yerli universitetlərindən birində alıb. “Kommunikasiya və KİV” ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Karyerasını ABC telekanalında montajçı olaraq başlayıb və “Aborigen olaraq sağ qalmağım haqqında” (1978) adlı reytinqli sənədli filmi montaj edib. Daha sonra aktyorluq sənətinə meyl göstərib. Nimrud Teatrında kurslara yazılıb. Ancaq çox keçməmiş Tim Qudinq və Coanna Piqotla tanış olur. Rok musiqiyə olan sevgiləri onların arasında güclü rabitə yaradıb və nəticədə 1978-ci ildə “XL Capris” adlı rok qrupu təsis ediblər. Qrup kifayət qədər populyarlaşıb, tez-tez Rendallın çalışdığı telekanalda müxtəlif proqramlara qatılır. Rejissor 90-2000-ci illərdə rejissor köməkçisi işləyib. “Matrisa: Yenidən işə salma” (2003), “Mən, robotam” (2004) kimi blokbasterlərin çəkilişində ikinci rejissor olaraq iştirak edib. Rejissor debütünü 1995-ci ildə “Cəhənnəmə aparan yol" qısametrajlı filmi ilə gerçəkləşdirib. Çəkdiyi ən uğurlu film 2012-ci ildə ekranlara çıxan “Sunami 3D” filmi sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: