Rac Babbar

Rac Babbar

Aktyor, siyasətçi

BİOQRAFİYA

Rac Babbar 23 iyun 1952-ci ildə Uttar Pradeş ştatının Aqra şəhərində anadan olub. Aqranın Feyzi-Am Beynəlxalq Kollecində orta təhsil alıb. Aqra Kollecini bitirdikdən sonra Hindistanın Milli Dram Ali Məktəbində aktyorluq sənətini öyrənib. Şəxsi həyatına gəlincə hindistanlı teatr ulduzu Saycad Zahirin qızı Nadirə Zahirlə evlənib. Həmin nikahdan Arya və Cuhi adlı uşaqları var. Daha sonra aktrisa Smita Patillə ailə qurub. Ondan Pratik Babbar adlı oğlu var. Rac qardaşı Kişan Babbarla “Babbar Films Pvt.” prodakş şirkətinin təsisçiləridir. “Karm Yoda” (1992) və “Kaas Aap Hamare Hote” (2003) filmlərinə və “Maharaja Ranjit Sing” serialına prodüserlik edib. Aktyor olaraq daha çox “Pukaar” (2015) filmində Amircat, “Umrao Jaan” (1981) filmində Feyz Əli və “Gardish” (1993) filmində pratap rolları ilə tanınır. Karyerası ərzində 210-dan çox filmdə və serialda rol alıb. Hindistan Milli Konqresinin üzvü olub. Üç dəfə parlamentin Lok-Sabha – aşağı palatasının, iki dəfə Yuxarı palatasının üzvü olub. 2018-ci ilin mart ayına kimi Uttar Pradeş Konqres Komitəsinin prezidenti olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Raj_Babbar

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç